zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
Dalğa FM
Dalğa FM
Music Interviews
Music
Society & Culture
Azerbaijani
"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et
Website
Episodes
Episodes
300
14 July 2026
Şəfa Yadigarova sağlam qidalanmanı biznesə necə çevirdi? I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı həkim-dietoloq, "Shefalı Heyat Coffee & Healthy Food"un təsisçisi Şəfa Yadigarova oldu. Verilişdə sağlam həyat tərzinin təşviqi ilə biznesi bir araya gətirməyin yolları, sağlam qidalanma sahəsində sahibkarlığa başlamaq, brend yaratmaq prosesi, bu sahədə qarşıya çıxan çətinliklər barədə söhbət etdik.
30 min
14 July 2026
Vüsal Murtuzəliyev: Teatr, kino və dublyaj həyatı I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı aktyor Vüsal Murtuzəliyev oldu. Verilişdə aktyorun sənətə gəliş yolu, teatr və kino fəaliyyəti, dublyaj sahəsində qazandığı təcrübə, obrazları və yaradıcılıq planları haqqında söhbət apardıq.
37 min
13 July 2026
Ələkbər Hüseynovun ömür və sənət yolu I Sənətin səsi
"Sənətin səsi"ində Ələkbər Hüseynovun 65 illik yubileyinə həsr etdiyimiz verilişdə sənətkarın yaradıcılıq yolu, canlandırdığı obrazlar, sənətə verdiyi töhfələr haqqında söhbət etdik. Qonaqlar - aktyorun övladları skripka ifaçısı Nərgiz Ələkbər Hüseynzadə və fotoqraf Cavidan Hüseynzadə ataları ilə bağlı xatirələrini, ailə daxilində tanıdıqları Ələkbər Hüseynovu, onun sənətə və həyata baxışı barədə...
34 min
10 July 2026
Rasim Qurbanovun çoxşaxəli yaradıcılıq dünyası I Sənətin səsi
"Sənətin səsi"nin qonağı çoxşaxəli yaradıcılığı ilə seçilən rəssam, dizayner, şair və musiqiçi Rasim Qurbanov oldu. Verilişdə qonağımızın incəsənətin müxtəlif sahələrini bir araya gətirən yaradıcılıq yolu, rəssamlıq və dizayn sahəsindəki fəaliyyəti, poeziyaya və musiqiyə olan sevgisi, ilham mənbələri, həyata keçirdiyi layihələr və gələcək planları barədə söhbət etdik.
35 min
09 July 2026
Azərbaycanda moda biznesi: Fürsətlər və çətinliklər | Günel Hüseynli I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı “The Soft Speak” markasının təsisçisi və dizayneri Günel Hüseynli oldu.Verilişdə moda sahəsində sahibkarlığın inkişafı, şəxsi brend yaratmağın incəlikləri, dizayn prosesinin mərhələləri və yerli moda sektorunda qarşıya çıxan imkanlar və çətinliklər barədə söhbət etdik.
31 min
09 July 2026
Araz İmanov musiqiyə necə başladı? I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı musiqiçi Araz İmanov oldu. Verilişdə onun musiqiyə gəliş yolu, yaradıcılıq fəaliyyəti, ifaçılıq təcrübəsi, ilham aldığı məqamlar barədə danışdıq. Həmçinin sənətə baxışı, səhnə xatirələri barədə də söhbət etdik.
35 min
08 July 2026
Atanın uşağın həyatındakı rolu I Valideyn saatı
"Valideyn saatı" verilişinin qonağı Milli Məclisin deputatı Ceyhun Məmmədov ilə ailədə atanın məsuliyyəti, övlad tərbiyəsində ata nümunəsinin əhəmiyyəti, ata-övlad münasibətlərinin möhkəmləndirilməsi yolları haqqında danışdıq.
35 min
08 July 2026
Simarə İmanovanın sənət yolu və muğam yaradıcılığı I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı xanəndə, Xalq artisti Simarə İmanova ilə sənətkarın muğam yaradıcılığına uzanan yolu, illər ərzində qazandığı uğurlar, milli musiqimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlər, eləcə də yaradıcılığındakı yeniliklər barədə söhbət etdik.
35 min
07 July 2026
Diksiya və ünsiyyət uğura necə təsir edir? I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı "MentaLogical Academy"nin rəhbəri, diksiya və ünsiyyət bacarıqları üzrə mütəxəssisi Şəfiqə Xaliqova oldu. İşgüzar ünsiyyətdə ən çox edilən səhvlər, rəhbərlik və komanda münasibətlərində effektiv kommunikasiya, şəxsi brendin formalaşmasında nitqin əhəmiyyəti, sosial şəbəkələrdə və media qarşısında uğurlu çıxışın incəlikləri, eləcə də bu sahədə peşəkar inkişaf...
29 min
07 July 2026
Zülfiyyə Qurbanova ilə teatr, sənət və səhnə həyatı haqqında I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova ilə sənətə gəlişindən, ilk səhnə təcrübələrindən, Bakı Bələdiyyə Teatrında keçdiyi yaradıcılıq yolundan və peşəsinin görünməyən tərəflərindən danışdıq.
36 min